BAKI, 16 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin tələbi ilə Konstitusiyanı dəyişdirməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə erməni politoloq Harut Sasunyan bildirib.
Ekspert bunun gələn il baş verəcəyini söyləyib.
Politoloq bu kontekstdə Azərbaycanın qəti tələbini xatırladıb: “Ermənistan Konstitusiyasını dəyişməsə, sülh müqaviləsi imzalanmayacaq”.
Harut Sasunyan davam edən sülh prosesi ərzində Bakının aşağıdakı məqsədlərinə nail olduğunu bildirib:
- Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi;
- Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarına xitam verilməsi;
- ATƏT-in Minsk qrupunun buraxılması;
- ABŞ-nin Azərbaycana yardım qadağasının ləğvi;
- Avropa İttifaqı müşahidəçilərinin Ermənistandan çıxarılması;
- Azərbaycana Ermənistan ərazisindən maneəsiz keçidin (Zəngəzur dəhlizinin açılmasının) təmin edilməsi.
Politoloq Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasının gələn il keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın növbəti qələbəsini rəsmiləşdirəcəyini vurğulayıb.