BAKI, 9 oktyabr. TELEQRAF
“Azərbaycan Prezidenti İlham Əliyev faktlar yaradır, Ermənistan Baş naziri Nikol Paşinyan isə illüziya”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Ekspert Zəngəzur dəhlizinin artıq həll olunmuş məsələ olduğunu bildirib.
Surenyants Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən toplantısında səsləndiriyi bu fikrə diqqət çəkib: “Zəngəzur dəhlizinin açılması Vaşinqton zirvə görüşünün ən mühüm nəticələrindən biridir”.
Erməni politoloq əlavə edib ki, sammitdən sonra qəbul edilmiş Qəbələ Bəyannaməsində də regional əməkdaşlığın əsas komponenti kimi bu ifadə öz əksini tapıb:
“Bakı faktiki olaraq dəhliz məsələsinin başa çatmış razılaşma olduğunu bəyan etdiyi halda, İrəvan əksini inandırmağa çalışır”.