BAKI, 9 oktyabr. TELEQRAF
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları Türkiyəyə səfər edəcəklər.
Teleqraf xəbər verir ki, müvafiq sərəncamı Ermənistan parlamentinin sədri Alen Simonyan imzalayıb.
Səfər ATƏT Parpalament Assambleyasının İstanbulda payız sessiyasının iclasında iştirak etmək məqsədi daşıyır. Türkiyəyə səfər edəcək Ermənistan nümayəndə heyətinə Sarkis Xandanyan, Mariya Karapetyan, Lilit Minasyan, Artur Ovannisyan və Mariam Hacı-Akopyan daxildir.