BAKI, 25 avqust. TELEQRAF
“Ermənistan konstruktiv dialoqa və regional əməkdaşlığa açıq olmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.
“Davamlı sülh Ermənistan üçün böyük iqtisadi potensialı açacaq. Biz ticarət, enerji və infrastruktur sahələrində regionumuzu əməkdaşlıq mərkəzinə çevirə biləcək təşəbbüslər irəli sürməliyik”, - prezident qeyd edib.
Həmçinin V.Xaçaturyan Körfəz regionu, Aralıq, Qara və Xəzər dənizləri, eləcə də Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin təmin olunması və dərinləşdirilməsinin Ermənistanın prioritetləri sırasında olduğunu bildirib.