BAKI, 30 oktyabr. TELEQRAF

Ermənistanın İcbari İcra Xidmətinin Şirak regional şöbəsinin rəisi Davit Poqosyan və eyni qurumun daha iki vəzifəli şəxsi də daxil olmaqla, on nəfər rüşvət aldıqlarına və verdiklərinə görə saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, hər üç vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib, digər təqsirləndirilən şəxslərə qarşı isə alternativ qətimkan tədbirləri tətbiq olunub.

İstintaq davam edir.