BAKI, 22 avqust. TELEQRAF

“Ermənistan artıq sülh dövrünə qədəm qoyub”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Tsovinar Vardanyan deyib.

Deputat iddia edib ki, erməni xalqı sülh gündəmini müdafiə edir və buna görə ona minnətdardır.

“Mən bütün nəsillərə bu yola atdıqları hər bir kərpicə görə, xalqımızın sülh gündəminin müdafiəsinə qalxdığına və sülh hədəfini pafosa qurban vermədiyinə görə minnətdaram. İndi bizim borcumuzdur ki, sülhü əzizləyək, onun qayğısına qalaq, onu həyat və nemətlərlə zənginləşdirək, gələcək nəsillərə ötürmək imkanımız olan bu xoşbəxtliyin qədrini bilək”, - Vardanyan vurğulayıb.