BAKI, 20 avqust. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdakı parlament seçkilərinə “Sülh” şüarı ilə gedəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Nikol Paşinyan başda olmaqla, hakim “Vətəndaş Müqaviləsi” Partiyası uzun müddətdir seçkiqabağı şüar axtarır. Dünənki müraciəti ilə Paşinyan mahiyyət etibarı ilə seçkiqabağı təşviqat kampaniyasına start verdi və “sülh” sözünün işlədiləcəyi şüarını açıqladı. Paşinyan özünü və komandasını sülhməramlılar kimi təqdim etməyə çalışacaq”, - erməni nəşri bildirib.

Qəzet Ermənistan baş nazirindən belə bir sitat da gətirib:

“Hətta bizim şəhidlərimizi ehtiramla yad etmək, onları müqəddəs tutmaq, onların xatirəsini yaşatmaq üsulumuz damla-damla, millimetr-millimetr dəyişməlidir, sülh övladlarını itirmiş valideynlərə təsəlli verməlidir”.