BAKI, 18 avqust. TELEQRAF

“Vaşinqton bəyannaməsi üçtərəfli deyil, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qeqam Manukyan deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp burada sadəcə şahid qismində çıxış edib.

“Bu, Əliyev və Paşinyan arasında imzalanmış, Ermənistanın Sünik bölgəsinə (Zəngəzur dəhlizi – red.) aid olan və ABŞ-nin deyil, Prezident Donald Trampın şahidi olduğu bəyannamədir. Ermənistan baş nazirinin rəsmi səhifəsində dərc olunmuş rəsmi sənədlə imzalanan real sənədin adı tamam başqadır”, - Manukyan bildirib.