BAKI, 13 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 15-də Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Ermənistan hökumət başçısının sözçüsü bildirib ki, N.Paşinyan avqustun 12-dən 15-dək məzuniyyətdədir.
Qeyd edək ki, iclasda iqlim gündəliyinin tənzimlənməsinə yanaşmalar, eləcə də AİB üzv dövlətlərinin 2024-26-cı illər üçün əlaqələndirilmiş nəqliyyat siyasətinin həyata keçirilməsinin əsas istiqamətləri, tədbirlər proqramının modernləşdirilməsi, ümumi əczaçılıq bazarlarının inkişafı konsepsiyası haqqında saziş müzakirə olunacaq.