BAKI, 11 avqust. TELEQRAF

“Ermənistan hökuməti bütün resurslarını Azərbaycan Prezidenti İlham Əliyevin tələbini yerinə yetirmək üçün səfərbər edir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“Hökumət bütün resurslarını Konstitusiya dəyişikliklərinin uğurlu olması üçün səfərbər edir. Çünki Paşinyan hökuməti Əliyevin verdiyi ev tapşırığını yerinə yetirməsə, Azərbaycanla razılaşmalar iflasa uğrayacaq”, - deputat bildirib.

Abramyan qeyd edib ki, Nikol Paşinyan hökuməti 2025-26-cı illər üçün çoxqatlı seçkiqabağı tsikli planlaşdırıb və bu istiqamətdə irəliləyir.