BAKI, 9 avqust. TELEQRAF
“Vaşinqtonda əldə edilmiş razılaşmalardan qazanan Azərbaycan Prezidenti İlham Əliyev oldu”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən görüşün nəticələrini şərh edərkən deyib.
“(Vaşinqtonda) Nə baş verdi? Əliyev istədiyi hər şeyi aldı, Paşinyana isə populizmdən pay düşdü”, - sabiq nazir bildirib.