BAKI, 20 iyun. TELEQRAF

“Qonşu ölkələrlə yaxşı münasibətlər olmadan inkişaf etmək mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Arsen Torosyan Baş nazir Nikol Paşinyanın Türkiyəyə səfərini şərh edərkən deyib.

“Bütün qonşularımızla yaxşı münasibətlərin olması bizim prioritetlərimizdən biridir. Çünki bunsuz inkişaf etmək mümkün deyil”, - siyasətçi bildirib.