BAKI, 29 may. TELEQRAF
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət katibi Marko Rubionun Ermənistan-Azərbaycan sərhədində gərginliyin yeni mərhələsi və ya eskalasiya riskinin olması ilə bağlı narahatlığını bölüşmür.
Teleqraf xəbər verir ki, o, ABŞ-nin bəyanatlarının Ermənistanın fikirləri ilə üst-üstə düşmədiyini deyib.
“ABŞ-nin bəyanatlarına gəlincə, amerikalıların vəziyyətə dair öz qiymətləri var, Ermənistanın isə öz qiyməti. Bu qiymətləndirmələr üst - üstə düşməyə bilər. Ara-sıra insidentlər olur, amma bu məsələlərlə bağlı Azərbaycanla işləməyə davam edəcəyik”, - rəsmi vurğulayıb.
ABŞ dövlət katibi mayın 21-də Senatda çıxışı zamanı iddia etmişdi ki, Ermənistanla Azərbaycan arasında real silahlı münaqişə riski hələ də qalmaqdadır və Vaşinqton bunun qarşısını almağa çalışır.