TBİLİSİ, 28 may. TELEQRAF

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, XİN bu barədə “X” sosial media hesabında paylaşım edib.

“Gürcüstanın etibarlı strateji tərəfdaşı və əsl dostu olan Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Biz güclü strateji tərəfdaşlığımızı yüksək qiymətləndiririk və gələcək illərdə onun daha da inkişaf etdiriləcəyini gözləyirik”, - Azərbaycan XİN-ə ünvanlanan təbrikdə deyilir.