BAKI, 14 may. TELEQRAF

Ermənistan müdafiə naziri Suren Papikyan Berlində almaniyalı həmkarı Boris Pistorius ilə görüşüb.

Teleqraf xəbər verir ki, bunu erməni nazir sosial media hesabında yazıb.

“Görüş zamanı Ermənistan-Almaniya əməkdaşlığının müdafiə sahəsində inkişafı və inkişaf perspektivlərini müzakirə etdik. Əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirdik və onu genişləndirməyə hazır olduğumuzu bildirdik.

Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də toxunduq”, - Papikyan bildirib.