BAKI, 22 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın impiçment edilməsi prosesinin başlanılmasının əleyhinə deyilik.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan deyib.

“Nəinki bunun əleyhinə deyilik, həm də danışmağa, müzakirə etməyə, kifayət qədər və lazımi şərtlər olarsa, prosesi başlamağa da hazırıq. Ciddi söhbət olarsa, real proses ola bilər”, - Saqatelyan qeyd edib.

Deputat bildirib ki, müxalifətin bu yöndəki bütün cəhdləri ciddiyə alınmır, məsələ ətrafında şou yaradılır.