TBİLİSİ, 17 aprel. TELEQRAF

Gürcüstanda qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı qanunvericilik təkmilləşdiriləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi “Beynəlxalq mühafizə haqqında” Qanuna dəyişikliklər layihəsi hazırlayıb.

Sənədə əsasən, Gürcüstanın Cinayət Məcəlləsinə əcnəbinin Gürcüstandan çıxarılması və müəyyən müddətə ölkəyə girişinə qadağanın qoyulması kimi yeni cəza növü əlavə olunacaq. İnzibati Xətalar Məcəlləsinə də eyni inzibati cəzanın əlavə edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Gürcüstan ərazisində qalma qaydalarını pozan xarici ölkə vətəndaşına qarşı cərimələr artırılacaq. Həmçinin Gürcüstanda qanunsuz qalan əcnəbilərin ölkədən çıxarılması proseduru sadələşdiriləcək.

Dəyişikliklər layihəsi baxılması üçün parlamentə təqdim olunub.