BAKI, 17 sentyabr. TELEQRAF
“Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində deyib.
“İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmirik. Bu, absurd və səhv olardı. Gürcüstan sadəcə mövcud beynəlxalq sanksiyalar rejiminə tam uyğun hərəkət edir”, - o bildirib.
Kobaxidzenin sözlərinə görə, ayrı-ayrı dövlətlər və ya beynəlxalq təşkilatlar sanksiyalar tətbiq edərkən, Gürcüstan bu məhdudiyyətləri nəzərə alır və müvafiq qərarlar qəbul edir.
Açıqlama ABŞ-nin sentyabrın 8-də İran və Gürcüstan arasında uçuşlar həyata keçirən 27 İran aviaşirkətinə sanksiyalar tətbiq etməsindən sonra verilib. Gürcüstan Mülki Aviasiya Agentliyi bəyan edib ki, Tbilisi mövcud sanksiyalar rejiminə tam uyğun hərəkət edəcək.