BAKI, 18 sentyabr. TELEQRAF
Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.
H.Abramyanın vəzifə səlahiyyətlərdən sui-istifadə, həmin əmələ yardım, vəzifə saxtakarlığı və saxta sənəddən istifadə üzrə cinayət işi çərçivəsində saxlanıldığı bildirilib.