BAKI, 22 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri və yüksək vəzifəli rəsmiləri ilə görüşü planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, görüşdə İranla müharibənin növbəti mərhələsinin necə davam edəcəyi və Tehranın Yəməndə dəstəklədiyi üsyançı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanına hücumları ilə bağlı artan narahatlıq müzakirə olunacaq.

Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Oman və Qətər görüşdə iştirak edəcək ölkələr arasında olacaq.