SUMQAYIT, 22 sentyabr. TELEQRAF

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhərin Koroğlu prospektində 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlunun idarə etdiyi “BYD Destroyer A05” markalı avtomobil piyadanı vurub.

Qəza nəticəsində 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlu aldığı xəsarətlərdən həyatını itirib.

Hadisənin təfərrüatları və qəzanın başvermə səbəbləri araşdırılır.