BAKI, 17 sentyabr. TELEQRAF
Rusiya Gürcüstanla iqtisadi və humanitar əlaqələrin inkişafına dəstək verməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
O bildirib ki, Rusiya Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında ikinci yerdədir və əməkdaşlıq genişlənməkdə davam edir:
"Dövlətlər arasında həll olunmaz ziddiyyətlər olmur. Fikir ayrılıqları yarandıqda dərhal qonşu xalqları və dövlətləri bir-birinə qarşı qoymağın kimə sərf etdiyini müəyyənləşdirmək lazımdır. Bir qayda olaraq, bunun arxasında iqtisadiyyatın gəlirli sahələri, nəqliyyat-logistika dəhlizləri və resurslar üzərində nəzarəti saxlamaqda maraqlı olan Qərb qüvvələri dayanır".
Rusiya Təhlükəsizlik Şurasının katibi bu kontekstdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin yaxınlarda verdiyi açıqlamaya istinad edib: “O bildirib ki, Rusiya ilə eskalasiya Almaniyanın və ya Litvanın maraqlarından irəli gələ bilər, amma Gürcüstanın maraqlarından yox”.