BAKI, 22 sentyabr. TELEQRAF
“28 yaşımda məcburi köçkün düşmüşdüm, indi isə 60 yaşımda doğma kəndimə qayıdıram”.
Teleqraf xəbər verir ki, bunu bu gün Ağdərə rayonunun Çaparxan kəndinə köç edən sakin Nəcəf Cəfərov deyib.
Uzun illərdən sonra doğma yurduna qayıtmağın sevincini yaşayan sakin çətin günlərin artıq geridə qaldığını bildirib:
“Allah Prezidentimizin canını sağ eləsin, bugünkü günü bizə yaşatdı. Çox çətin günlərimiz oldu, amma şükürlər olsun ki, bu gün doğma yurdumuza qayıdırıq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu gün yoldaşımla birlikdə qayıdıram. Uşaqlarımız, nəvələrimiz də bizdən sonra gələcəklər”.