BAKI, 22 aprel. TELEQRAF

Hörmüz boğazında konteyner gəmisinə hücum edilib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, hadisə Oman sahillərindən təxminən 15 dəniz mili şimal-şərqdə qeydə alınıb.

Gəmi kapitanının bildirdiyinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus olduğu ehtimal edilən qayıq gəmiyə yaxınlaşaraq atəş açıb.

"Atəş nəticəsində kommersiya gəmisinin kapitan körpücüyünə ciddi ziyan dəyib. Hücum edənlər gəmi ilə radioəlaqə yaratmağa cəhd göstərməyiblər", - məlumatda qeyd olunub.

İnsident zamanı yanğın baş verməyib və ətraf mühitə ziyan dəyməyib. Gəmi heyətinin təhlükəsizlikdə olduğu vurğulanır.