BAKI, 22 aprel. TELEQRAF
Premyer Liqa təmsilçilərindən "Liverpul" baş məşqçisi Arne Slotla bağlı qərar verib.
Teleqraf "Sky Sports"a istinadla xəbər verir ki, "Liverpul" müqavilə müddəti başa çatana qədər Arne Slotla davam edəcək. Bu qərara səbəb gələn mövsüm Çempionlar Liqasında iştirak etmək ehtimalıdır.
"Qırmızılar"la ilk mövsümündə Premyer Liqa titulunu qazanan Arne Slot bu mövsüm fəlakətlə üzləşdi. Niderlandlı məşqçinin rəhbərliyi altında klub çemponluq yarışını erkən tərk etdi və 1/4 finalda Çempionlar Liqasından kənarda qaldı.
Qeyd edək ki, 41 yaşlı mütəxəssis 2024-cü ildən İngiltərə klubunu çalışdırır.