BAKI, 22 aprel. TELEQRAF
Piri Axundov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Bu barədə Teleqraf-a agentlikdən məlumat verilib.
Piri Axundov əmək fəaliyyəti dövründə Azərbaycan Dövlət Aqrar Universitetində müəllim, dekan müavini, rektor köməkçisi, baş müəllim və Azərbaycan Texnologiya Universitetində tədris şöbəsinin müdiri vəzifələrində çalışıb.
2021-ci ildən etibarən Qərbi Kaspi Universitetində Tədrisin təşkili və idarə olunması mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib, həmçinin 2022-ci ildən Fəlsəfə və hüquq kafedrasının müdiri vəzifəsinin icrası ona həvalə olunub. Hindistanda, Rusiyada, Türkiyədə, Gürcüstanda beynəlxalq konfrans və təlimlərdə iştirak edib.