BAKI, 22 aprel. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsraili yeni müharibə ilə təhdid edib.

Teleqraf xəbər verir ki, SEPAH-ın bəyanatında mümkün yeni toqquşmanın bu ölkələr üçün dağıdıcı olacağı bildirilib.

“Dərhal cavab vermək üçün hazırlıq səviyyəsi ən yüksək həddədir. İstənilən yeni hərbi qarşıdurma və ya təcavüz halı düşmənin obyektlərinə dağıdıcı zərbələrlə müşayiət olunacaq”, - bəyanatda qeyd edilib.