BAKI, 22 aprel. TELEQRAF

2026-cı ilin yanvar-mart ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 39,1 mln. manat vəsait ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Beləliklə, ötən ilin analoji dövrü ilə müqayisədə 0,7 mln. manat və ya 1,8% çox vəsait xərclənib.