BAKI, 22 aprel. TELEQRAF
İngiltərənin məşhur klubu "Lester Siti" növbəti mövsümdən aşağı liqada çıxış edəcək.
Teleqraf xəbər verir ki, komanda mövsümün sonuna bir neçə tur qalmış Çempionşipdəki yerini qoruyub saxlaya bilməyib.
Mövsüm ərzində qeyri-stabil çıxış edən “tülkülər” vacib oyunlarda xal itkiləri yaşayaraq turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb və III liqaya düşüb.
Qeyd edək ki, “Lester Siti” 2015/16 mövsümündə baş məşqçi Klaudio Ranyeri rəhbərliyi altında İngiltərə çempionu olmuşdu.