BAKI, 22 aprel. TELEQRAF

Türkiyə müdafiə sənayesi sahəsində əsl inqilab yaşayıb.

Teleqraf xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Ankarada jurnalistlərə açıqlamasında bildirib.

Baş katib Türkiyənin müdafiə sənayesi potensialını yüksək qiymətləndirərək, bu uğurların bütün alyans üçün nümunə olduğunu vurğulayıb:

"Türkiyə müdafiə sənayesi sahəsində əsl inqilab yaşayıb. Biz bu sahədə Türkiyənin təcrübəsindən çox şey öyrənə bilərik".