BAKI, 22 aprel. TELEQRAF

“İran ABŞ və İsraillə sona qədər mübarizə aparacaq”.

Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin baş komandanı general-leytenant Əmir Xatəmi deyib.

“Ölkəmiz və əziz xalqımız ən cinayətkar düşmənlərin hücumuna məruz qaldıqda, son damla qanımıza qədər çiyin-çiyinə döyüşəcək və qəti qələbə qazanacağıq”, - o bildirib.