BAKI, 22 aprel. TELEQRAF

NATO baş katibi Mark Rutte Türkiyədə keçirilən görüşlər zamanı müdafiə xərcləri və hava hücumundan müdafiə inteqrasiyasını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“NATO baş katibi Mark Ruttenin Türkiyəyə rəsmi səfəri zamanı müdafiə naziri Yaşar Güler ilə görüşdə alyans çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı vacib mövzular müzakirə olunub. Bu kontekstdə ölkəmizin müdafiə xərclərini NATO-nun 2027-ci il hədəflərinə yaxınlaşdırması səylərindən məmnunluq ifadə edilib. NATO Çoxmillətli Korpusunun işi də müzakirə olunub”, - nazirlikdən bildirilib.

Mark Rutte Türkiyənin hava məkanının təhlükəsizliyini və hava hücumundan müdafiə sistemlərinin NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemi ilə uğurlu inteqrasiyasını vurğulayıb.

Alyans rəhbəri həmçinin 7-8 iyul tarixlərində Ankarada planlaşdırılan NATO sammiti zamanı Müdafiə Sənayesi Forumunun keçirilməsini də müzakirə edib. Nazirlik qeyd edib ki, bu tədbir müttəfiqlər arasında müdafiə sənayesi əməkdaşlığının inkişafına töhfə verəcək.