BAKI, 22 aprel. TELEQRAF

Sergey Rebrov Ukrayna milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UFA) rəsmi açıqlamasında bildirilib.

Tərəflər əməkdaşlığı dayandırmaq barədə qarşılıqlı razılığa gəliblər.

"Rebrov 2023-cü ildə Avropa Çempionatının seçmə mərhələsində milli komandaya rəhbərlik etməyə başlayıb. O, komandamız üçün tarixən çətin pley-off matçlarını dəf edərək Ukraynanı Avroliqaya çıxarmağı bacarıb. Bundan sonra demək olar ki, sona qədər Dünya Çempionatına vəsiqəsi uğrunda mübarizə apardıq, amma vəsiqə qazana bilmədik" - deyə, bəyanatda bildirilib.

Qeyd edək ki, S.Rebrov UFA-da vitse-prezident və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək. Yığmanın yeni baş məşqçisi hələlik müəyyənləşməyib.