BAKI, 22 aprel. TELEQRAF

Ukrayna Prezidenti Vladimir Zelenski Moskva və Minsk istisna olmaqla, rusiyalı həmkarı Vladimir Putinlə istənilən ölkədə görüşə hazırdır.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.

“Prezident Zelenski ilə Putin arasında diplomatik münasibətlərdə yeni dinamika əldə etmək üçün görüşün keçirilməsi fikrini dəstəkləyirik. Bu barədə Türkiyə və bəzi digər paytaxtlardan soruşmuşuq. Xüsusilə Türkiyəyə müraciət etmişik. Moskva və Belarusdan başqa bir paytaxt belə bir görüş təşkil edərsə, gedəcəyik. Bu, bizim üçün vacibdir”, - o qeyd edib.