BAKI, 22 aprel. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi ABŞ və İran arasında danışıqların davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zəki Aktürk brifinqdə danışıb.
“Pakistanda İran-ABŞ danışıqları zamanı əldə edilən müvəqqəti atəşkəsə tam riayət etmək davamlı sülhə nail olmaq üçün vacibdir. Ümid edirik, tərəflər ağıllı və konstruktiv hərəkət edəcək, atəşkəsi uzadacaq və danışıqları davam etdirəcəklər”, - o vurğulayıb.