TOVUZ, 22 aprel. TELEQRAF

Tovuz rayonunda 6 yaşlı uşaq elektrik cərəyanı vurub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Çatax kəndində baş verib.

2020-ci il təvəllüdlü S.Quliyevi həyətlərində elektrik cərəyanı vurub. Uşaq xəstəxanaya aparılarkən yolda vəfat edib.

Hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.