BAKI, 22 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan TRIPP layihəsi üzrə işlərin 2026-cı ildə başlayacağına əminliyini ifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə o, hakim "Vətəndaş Müqaviləsi" Partiyasının seçki proqramının təqdimatı zamanı bildirib.
N.Paşinyanın sözlərinə görə, ilk növbədə elektrik ötürücü xətlərinin istismara verilməsi nəzərdə tutulur:
"Əminəm ki, 2026-cı ildə yerlərdə işə başlayacağıq. Fikrimcə, elektrik ötürücü xətlərinin istismara verilməsi ən sürətli proses olacaq".
Baş nazir qeyd edib ki, Gümrü-Qars və Yerasx (Arazdəyən) - Naxçıvan sərhədindəki dəmir yolu hissələrinin yenidən qurulması çox qısa müddətdə, təxminən 1-1,5 il ərzində reallaşdırılacaq.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-nə planlaşdırılıb.