
BAKI, 5 mart. TELEQRAF
“Bu xətt ən azı 30 il ərzində Naxçıvanın təbii qaza olan tələbatını ödəyəcək”
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimdə çıxışı zamanı deyib.
“Qardaşlıq münasibətlərimizdə hər sahədə mühüm irəliləyişlər əldə edirik. Şübhəsiz ki, bu əməkdaşlıqlar arasında enerji sektoru ön sıralardadır.
Biz Azərbaycanla tam harmoniyadayıq. Bu xətt, konkret olaraq, ən azı 30 il ərzində Naxçıvanın təbii qaza olan tələbatını ödəyəcək”, - dövlət başçısı bildirib.