
TBİLİSİ, 5 mart. TELEQRAF
“Gürcüstan Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət verir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze özbək həmkarı Abdulla Aripovla keçirdiyi görüşdə deyib.
O, Gürcüstanın tarixən Avropa və Asiya, Qərb və Şərq arasında bağlayıcı funksiyaya malik olduğunu qeyd edib.
“Bu strateji mövqedən mümkün qədər istifadə etmək istərdik və bu istiqamətdə Gürcüstan və Özbəkistan arasındakı əməkdaşlıq çox məhsuldar və faydalı ola bilər”.
A.Aripov öz növbəsində deyib ki, Özbəkistan Gürcüstanla ikitərəfli və çoxtərəfli münasibətlərin bütün formatlarında yaxın və məhsuldar əməkdaşlığa hazırdır.
Görüşdə iki ölkə arasında əməkdaşlığın müsbət dinamikası, yüksək səviyyəli siyasi dialoq və müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşməsi perspektivləri müzakirə olunub.