BAKI, 27 fevral. TELEQRAF

44 günlük müharibədən sonra həm Rusiya, həm də İranın Cənubi Qafqazda mövqeləri xeyli zəifləyib.

Teleqraf xəbər verir ki, bunu erməni iranşünas Qohar İskəndəryan deyib.

Onun sözlərinə görə, Rusiya müharibədən sonra bölgədə itirdiyi mövqelərini bərpa etməyə cəhd edir:

“Rusiya varlığını göstərmək istəyir, bu baxımdan 3+3 əməkdaşlıq formatında kifayət qədər fəaldırlar, Gürcüstanı da cəlb etməyə çalışırlar.

İran və Rusiya mövqelərini bərpa etməyə çalışarkən, Türkiyə də müttəfiqləri ilə birlikdə Rusiyanı mümkün qədər sıxışdırıb çıxarmağa, Moskvanın həm Qafqaz, həm də Yaxın Şərqdə - Suriya və Livanda rolunu azaltmağa çalışır”.

İskəndəryan əlavə edib ki, 2020-ci il müharibəsindən sonra Rusiya və İranın Cənubi Qafqazda zəifləməsi fonunda Türkiyə mövqelərini böyük ölçüdə gücləndirib.