BAKI, 18 fevral. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə Rusiya rəhbərliyi ilə əlaqə saxlamağa və müəyyən mesajlar göndərməyə çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, ABŞ və Rusiya arasında intensiv danışıqlar başlamazdan əvvəl İrəvan Moskvaya qarşı “loyal” olduğunu göstərməyə çalışır:
“Amma Rusiya xarici işlər naziri Sergey Lavrov hazırda Səudiyyə Ərəbistanında amerikalılarla danışıqlarla məşğul olduğundan məsələni diplomatik kanallarla həll etmək mümkün deyil. Ona görə də hakim partiyanın deputatları təkid edirlər ki, Avropa İttifaqına üzvlük prosesinin başlanması layihəsinin qəbulu Ermənistanı Aİ-yə üzv olmağa hazır olması demək deyil”.