BAKI, 11 noyabr. TELEQRAF
Əmək müqaviləsinin forması iş saatlarına uyğun olaraq dəyişəcək. Qanun qüvvəyə mindikdən sonra bir ayadək müddətə əmək müqaviləsi bağlanarsa, bu, mütləq saatlıq iş rejimində rəsmiləşdirilməlidir.
Teleqraf verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu iclasında deyib.
O bildirib ki, hazırda əmək müqaviləsinin kağız daşıyıcıda bağlandığı sahələrdə, eləcə də sadələşdirilmiş vergi ödəyicisi olan ictimai sektor nümayəndələrinin gəlirlərinin vergiyə cəlb edilməsi yolu ilə rəsmiləşdirilməsi mümkündür:
“Mövcud qanunvericiliyə təklif etdiyimiz dəyişikliklərdə məhz ictimai sektorun, xüsusilə də qeyri-formal məşğulluğun geniş yayıldığı sahələrin əhatə olunması nəzərdə tutulur. Ümumilikdə, bu qanun layihəsi qəbul edildikdən sonra daha sadələşdirilmiş əmək müqaviləsinin tətbiqi yeni qanunvericilikdə nəzərdə tutulacaq”.