BAKI, 16 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp siyasətdə heç kimə etibar etmədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Newsmax” müsahibəsində danışıb.

Telekanalın İsrail Baş naziri Benyamin Netanyahuya etibar edib-etmədiyi barədə sualına Tramp belə cavab verib: “Düzünü desəm, heç kimə etibar etmirəm. Siyasət dünyasında heç kimə güvənmirəm”.

Sual Trampdan son vaxtlar dəfələrlə oktyabrın 27-də İsraildə keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində hansısa namizədi dəstəkləyib-dəstəkləməyəcəyinin soruşulmasından sonra verilib. ABŞ Prezidenti bu məsələyə konkret cavab verməkdən imtina edib.

İsrail Baş naziri isə uzun müddətdir seçki kampaniyaları zamanı Donald Trampla sıx münasibətlərini xüsusi vurğulayır.