BAKI, 16 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Teleqraf xəbər verir ki, Paşinyan ikitərəfli yüksək səviyyəli görüşlərin intensiv xarakter daşıdığını vurğulayaraq, bunun tərəflərin Ermənistan-İran münasibətlərinin ardıcıl inkişafına olan istəyini və məqsədini göstərdiyini deyib.

Pezeşkian da Ermənistanla çoxsahəli əlaqələrin dərinləşdirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulayıb.

Həmsöhbətlər Ermənistan-İran əməkdaşlıq gündəliyi və əldə edilmiş razılaşmaların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Birgə proqramların təşviqi ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Nikol Paşinyan və Məsud Pezeşkian qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.