BAKI, 9 oktyabr. TELEQRAF
Yunanıstan ABŞ-dən 4 milyard dollara yaxın dəyərdə silah və hərbi texnika alacaq.
Teleqraf xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Razılaşmaya əsasən, ölkə mövcud F-16 qırıcılarını yeniləyəcək, həmçinin yeni təyyarələr üçün raketlər və hərbi helikopterlər alacaq.