BAKI, 12 oktyabr. TELEQRAF
Azərbaycanla İordaniya Haşimilər Krallığı arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbi qarşılıqlı azad edilir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Qanununu imzalayıb.
Qeyd edək ki, sözügedən saziş 2026-cı il iyulun 8-də Bakıda imzalanıb.