BAKI, 12 oktyabr. TELEQRAF

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Teleqraf xəbər verir ki, sənədə əsasən, 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiq edilib.