BAKI, 12 oktyabr. TELEQRAF
Ukraynanın Kiyev vilayətinin Boyarka şəhərindən olan uşaqlar Azərbaycanın reabilitasiya proqramı çərçivəsində Bakıya yola salınıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev sosial media hesabında paylaşım edib.
"Proqramdan yararlanan ukraynalı uşaqların sayı 722-yə çatıb. Azərbaycan ukraynalı uşaqlara dəstəyini davam etdirəcək",- o bildirib.