BAKI, 17 avqust. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfindən işğal edilmiş Krım yarımadasında yerləşən Yevpatoriya təyyarə təmiri zavoduna dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Krımski Veter” məlumat yayıb.

Hücumdan sonra müəssisədə yanğın baş verib.

Qeyd edilib ki, zavod hərbi təyyarələrin təmiri ilə məşğuldur, əvvəllər də dəfələrlə hücuma məruz qalıb.