BAKI, 17 avqust. TELEQRAF

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi 2022-ci ildən bəri ən genişmiqyaslısı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib .

Diplomat Rusiyaya təzyiqin artırılmasının vacibliyini vurğulayaraq, ölkənin artıq ağır bədəl ödədiyini vurğulayıb.

Kallaş əlavə edib ki, 22-ci sanksiyalar paketi qəbul edilsə, məhdudiyyətlərə məruz qalan Rusiya vətəndaşlarının və qurumlarının sayı üçdə bir artacaq.